Təcrübəçi Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Regency Consulting and Tax Solutions MMC təcrübəçi mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Cəmiyyətimiz 2020-ci ildən öz fəaliyyətinə başlamışdır və 4 ildən artıqdır ki, yerli bazarda müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi, mühasibatlıq və kadr məsələləri üzrə xidmət göstəririk. Belə ki, mühasibatlıq sahəsində möhkəm bilik qazanmaq və inkişaf etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.

İş barədə məlumat:

  •  Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək;
  • Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
  • Bank əməliyyatlarını həyata keçirmək;
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
  • İşgüzar yazışmaları aparmaq;
  • Əmək haqqı hesablanmasını və ödənişini həyata keçirmək.

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Təcrübə proqramı ödənişsiz olacaq, 1 ay sonra namizədin bilik və bacarıqları nəzərdən keçiriləcək və uyğun olduğus təqdirdə razılaşdırılmış əmək haqqı ilə işlə təmin olunacaq.

Namizəd üçün tələblər:

  • Ali və ya orta təhsil;
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
  • Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;
  • Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
  • Azərbaycan və rus dilində səlis danışıq və yazışma bacarığı vacibdir.

Namizədlərdən “cv”-lərini cv@rcts.az elektron poçt ünvanına mövzu yerində “Təcrübəçi mühasib” başlığı yazmaqla göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə