Təcrübə proqramı (ödənişli)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Abşeron Logistika Mərkəzi Təcrübə proqramı üzrə vakansiya elan edir. Əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir.

Abşeron Logistika Mərkəzi özünəgüvənən, yüksək təqdimat və inandırma bacarığı olan, satış, hüquq, maliyyə və təhlil sahələrində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş məzunlar, dinamik gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir.

Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnmək şansı əldə edəcəksiniz.

Sizə nə təklif edirik?

  • Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Seçiminizə müvafiq olaraq aşağıdakı sahələrdən birində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək;
  • Təcrübə proqramının əhatə etdiyi sahələr
  • Satış
  • Hüquq
  • Maliyyə və təhlil

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil  (Maliyyə və Hüquq sahəsinə həmin sahə üzrə təhsil);
  • Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə izah etmək;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
  • Görüş və təqdimatlarda iştirak;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

Satış üzrə:

  • Cari müştərilərə xidmətin göstərilməsində iştirak;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsində iştirak;
  • PR və promo aksiyalarda iştirak;
  • Bazarın araşdırılması, mövcud rəqiblərin təqib və analiz edilməsi;
  • Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması metodlarını öyrənmək;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsində iştiak;

Hüquq üzrə:

  • Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək və bazanın təkmilləşdirilməsində iştirak;
  •  Müştərilərlə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
  • Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədlərin hazırlanması prosesində iştirak;
  • Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;

Maliyyə və təhlil üzrə:

  • Məlumat bazası ilə işləmək;
  • Məlumatların təhlili və hesabatların hazırlanmasını öyrənmək;
  • Şirkətin maliyyə hesabatlarının hazırlanmasında iştirak;
  • 1C proqramı ilə iş – proqramı öyrənmək, məlumatların proqrama daxil edilməsi və təhlillərin aparılmasında iştirak;

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 20 fevral 2022-ci il tarixinədək mövzu hissəsində seçdiyiniz istiqamət üzrə “Təcrübə proqramı – maliyyə”; “Təcrübə proqramı – hüquq”; “Təcrübə proqramı – satış” yazmaqla göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı