Qısa məzmun
Para BOKT Təcrübə proqramı üzrə vakansiya elan edir. Satış sahəsində öz karyerasını qurmaq istəyənlər müraciət eləsinlər.
Dəyərli Gənclər,
Bazarın liderlərindən biri olan “ParaBokt” Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Yevlax, Sabirabad, Salyan, Şəki və İsmayıllı filialları üzrə təcrübə programı elan edir.
Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Öhdəliklər
- Təlimlərdə aktiv iştirak etmək
- Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
- Təlimçi və mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
- Lombard kreditləşmə işini nəzəri və praktiki mənimsəmək
Tələblər
- Karyerasını satış işində görmək
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı
- Komandada işləməyə meyilli olmaq
Maraqlanan şəxslərin +994 51 230 34 00 Whatsapp nömrəsinə və ya vakansiya@parabank.az ünvanına “təcrübə proqramı, ad və soyad” yazaraq müraciət edə bilərlər.
*QEYD: Təcrübə proqramını uğurla bitirən gənclər sertfikatla təltif ediləcəklər
Təlim modulu və praktiki nəticələrin qiymətləndirilməsinə əsasən Təcrübəçilər işlə təmin olunacaqlar
Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək şansı verilir.
Oxşar vakansiya siyahısı:
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...