Təchizatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Təchizatçı vəzifəsi üzrə vakansiya elan edir. MS Excel biliyi olmalıdır.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Təchizatçı
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Təsərrüfat materiallarının alışı və sənədləşmə prosesinin icra olunması.

Vəzifə öhdəlikləri:

  • Ofislər, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini aparmaq;
  • Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək;
  • Təchizatçı firmalarla danışıqlar aparmaq;
  • Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
  • Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasını həyata keçirmək;
  • Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına cavabdeh olmaq.

Tələblər:

  • Dəqiq, punktual olmaq;
  • MS Excel biliyi;
  • Təsərrüfat materialları haqqında məlumatlı olmaq;
  • Şəxsi avtomobilin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə “Təchizatçı” yazıb CV göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı