Təchizatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Daşkəsən Dəmir Filiz MMC Təchizatçı vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

  • “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir. Şirkətin yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.

Vəzifə öhdəlikləri:

  • Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
  • Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını, tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender komissiyasına məlumat vermək;
  • Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
  • Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
  • Təlimlər ilə əlaqədar daxil olan sifarişləri həyata keçirmək;
  • Proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • 2 illik iş təcrübəsi – Dövlət satınalmaları üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
  • MS Office üzrə biliklər.

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
    Əmək haqqı razılaşma əsasında müəyyənləşdiriləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təchizatçı” qeyd etməklə cv@ddf.azergold.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı