Təchizatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZ Dizayn Group Təchizatçı vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi 1 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus, İngilis dili yaxşı səviyyədə ;
  • Təmsiletmə bacarığı;
  • Planlama bacarığı;
  • Araşdırma bacarığı;
  • Dəqiqlik;
  • Kompüter bilikləri (MS Office, Micro);

İş haqqında məlumat:

  • Məhsulların xarici bazarlarda qiymət araşdırmasının həyata keçirilməsi
  • Ölkə xaricindəki anbara yerləşmə planın verilməsi
  • Yükləmə planlarının anbardarlara verilməsi
  • Gətirilən məhsullarla bağlı gömrük sənədlərinin hazırlanması
  • Tədarükçü şirkətlərlə danışıqların aparılması
  • Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi
  • Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi
  • Logistika şirkətləri ilə danışıqların aparılması
  • Məhsulların xaricdən gətirilib anbara təhvil verilməsi
  • Gömrük işlərinin icrasına nəzarət edilməsi
  • Ofis daxili əsas vəsaitlərin təchizat işlərinin həyata keçirilməsi
  • Yeni məhsulların anbar, maliyyə və satış komandasına təqdim edilməsi
  • Anbarların işlərinin düzgün şəkildə təşkil edilməsi
  • Təchizat şöbəsi əməkdaşlarının idarə edilməsi
  • Görülən işlər barədə aylıq və illik hesabatların aparılması

İş şəraiti:

  • 6 günlük iş həftəsi
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Korporativ nömrə
  • Əmək haqqı: 600 AZN

Vakansiyaya müraciət üçün CV-ləri “” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı