Təchizatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. RD SMART Təchizatçı vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə bacarığı olmalıdır.

“RD Smart” QSC şirkəti 2019-cu ildə Bakı şəhərində qurulub. “Made in Azerbaijan” brendi ilə müasir texnolocı məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə həmin brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaqdır.
Regionların İnkişaf Proqramının məqsədlərinirəhbər tutaraq, Bakı və Azərbaycanın regionlarında (rayon, şəhər, kənd və qəsəbələrində) istehsal olunmuş muasir avadanlıqlar, qurğu və cihazları quraşdırmaqla, onların fasiləsiz vahid “ağıllı sistem” altında çalışmasını tətbiq etməkdir.

Vakansiya: Təchizatçı

Namizədə tələblər:

  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
  • Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır;
  • Məsuliyyətli, diqqətli və ünsiyyət qurmaq qabiliyyəti olmalıdır;.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Məhsulların satınalınması üzrə prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasını nəzarətdə saxlamaq;
  • Gömrük rəsmiləşdirilməsini həyata keçirmək (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədləri paketinin broker şirkətinə təqdim etmək);
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək.

İş qrafiki: 09:00 – 18:00 (5 günlük iş qrafiki)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 Fevral, 2021-ci il tarixinədək hr@rdsmart.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Təchizatçı) göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...