Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası Təchizatçı vəzifəsi üzrə vakansiya elan edir.
• Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
• Struktur bölmə: Mərkəzi Təchizat Departamenti
• Əsas iş yeri: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsili olmalıdır;
- Aidiyyatı sahə üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi olmalıdır;
- Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
- Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır;
- Məsuliyyətli, diqqətli, idarəçilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti olmalıdır;.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil etmək;
- Qiymət Sorğusu/Tenderin keçirilməsi üzrə müvafiq qanunvericiliyin və daxili qaydalara uyğun olaraq məhsul və xidmətlərin satınalınması üzrə qiymət sorğusu/tenderlərin elan olunmasını, prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasını nəzarətdə saxlamaq;
- Gömrük rəsmiləşdirilməsini həyata keçirmək (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədləri paketinin broker şirkətinə təqdim etmək);
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Əsas təminatlar:
- Aylıq mobil rabitə limiti ilə təmin olunur
E – mail : cv@akkord.az Mövzu hissəsində ” Təchizatçı ” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...