Təchizatçı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzMiCon MMC Təchizat üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.

Öhdəliklər:

  • Təchizat şöbəsinin Menecerinə şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
  • Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək.
  • Təchizat şöbəsinin bütün bölmələri ilə tanış olmaq və kompyuterdən istifadə etmək.
  • Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək:
  • Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
  • Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək.
  • Aylıq qaydada anbar avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.

Tələblər:

  • Vəzifə üzrə 0-3 illik iş təcrübəsi

İş şərtləri:

  • Həftə içi 5 gün : 09:00 – 17:00-dək (nahar vaxtı saat 13:00-14:00).
  • Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.
  • İstirahət günləri – şənbə və bazar günləri.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • İş yeri: Grand Park II, Şıxov qəsəbəsi, Salyan şossesi 12, AZ 1023.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Təchizatçı”  qeyd edəsiniz.

Oxşar vakansiya siyahısı:

Xarici satınalma üzrə  mütəxəssis

İnci Group of Companies Xarici satınalma üzrə  mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

05.06.2025 - Bakı

Procurement Specialist

Position: Procurement Specialist Based in Baku | Full-time AEL is a dynamic and rapidly growing company in the energy sector, specializing in the supply of hazardous area ...

AEL

03.06.2025 - Bakı

Satınalma və təchizat mütəxəssisi

Az-Caspian CONSTRUCTION Satınalma və təchizat mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Az-Caspian CONSTRUCTION

29.05.2025 - Bakı

800 — 1000 ₼
Dövlət Satınalmaları üzrə mütəxəssis

Dövlət Satınalmaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azəridmanservis

26.05.2025 - Bakı