Qısa məzmun
Ə/h 1000-1500 AZN. Dalga Beach Aquapark Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərinin biliyi olmaldır.
İş barədə məlumat:
- Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi
- Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
- Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
- Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
- Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
- Şirkət üzrə satınalma prosesinin ən yaxşı təcrübəsini, təşəbbüslərini, sinerji və konsolidasiya imkanlarının koordinasiyası
- Şirkət üzrə satınalma siyasətlərinin, prosedur və təlimatlarının hazırlanması, tətbiqi, yenilənməsi və bütün qrup daxilində uzlaşdırılması
- Hazırki satınalma siyasətlərinin, prosedur və proqramlarının şirkətin dəyər və effektivliyinin artırılması baxımından idarə edilməsi
- Təchizatçıların öncədən dəyərləndirilməsi prosedurlarının tətbiqi və mərkəzləşdirilmiş tədarükçü siyahısının yenilənməsi və idarə edilməsi
- Şirkət üzrə satınalma tələbinin formalaşdırılması və toplanmasını asanlaşdırmaq, eyni zamanda ehtiyacların standartlaşdırılmasının təşəbbüsü
- Şirkət üzrə satınalmalara davamlı olaraq nəzarət, təchizatçıların axtarış strategiyasının tətbiqi, satınalma tərəfdaşlığının təşəbbüsü və qiymət imkanlarının müəyyən edilməsi
- Bazarın/təchizatçıların və mövcud mənbələrdən müxtəlif məlumatın mütəmadi şəkildə nəzərdən keçirilməsi, bazar şərtləri, qiymətlər və yeni təchizatçılar haqqında məlumat vermək
- Güzəştli şərtləri təmin etmək məqsədilə danışıqların aparılması, sərfəli təchizat və optimal dəyəri qorumaq, ümumi satınalma xərclərini qiymətləndirmək eyni zamanda digər satıcılar, təchizatçılar, podratçılar, digər şirkətlər və s. ilə əlaqələri genişləndirmək
- İş qrafiki: 5 günlük,
saat 9:00-dan 18:00-dək
Namizədə tələblər:
- Satınalmalar sahəsində ən azı 3-5 il rəhbərlik və ümumi 5ildən çox
- Satınalma, tədarükçülərin araşdırılması eyni zamanda təchizatçı proqramının qurulması sahəsində təcrübə
- Nəticələrə və ölçülərə yönümlü olmalı
- Güclü analitik və təşkilatçılıq bacarıqları
- Yaxşı liderlik bacarığı, maliyyənin əsasları üzrə bilik və strateji düşünmə qabiliyyəti
- Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq
- Danışıqların aparılması v ünsiyyət qurma bacarığı
- Məsləhət vermə təcrübəsi
- Azərbaycan , rus və ingilis dillərinin biliyi;
- Microsoft Office proqramlarının (MS Excel və MS Power Point), Procurement ERP və Market, 1 C
place proqramlarının yüksək bilik səviyyəsi - CIPS sertifikatının mövcudluğu üstünlükdür
Oxşar vakansiya siyahısı:
Xarici satınalma üzrə mütəxəssis
İnci Group of Companies Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Tenderlər üzrə mütəxəssis
Ricon MMC Tenderlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xammal anbarının rəhbəri
Saloğlu Fərdi Firması Xammal anbarının rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...