Təchizat üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Təchizat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Şirkət daxili təlim və inkişaf imkanları olacaqdır.

Vəzifə və öhdəliklər:

  • Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirir;
  • Sifarişlərin qəbulu, təhlili;
  • Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanması;
  • Müqavilənin icrası uçotunun aparılması;
  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
  • Malların gətirilməsi və anbara təhvil verilməsi;
  • Malların qeydiyyatının aparılması;
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
  • Microsoft Office proqramlarından istifadə etmək bacarığı;
  • Punktual, aktiv, çevik və məsuliyyətli olmalı.

Şərtlər:

  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Şirkət daxili təlim və inkişaf imkanları

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Təchizat üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı