Təchizat üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ATL Tech Təchizat üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarıqları olmalıdır.

İşin təsviri və öhdəliklər:

  • Şirkətin satınalmalarının təşkili;
  • Sənədlərin dövriyyəsi;
  • Yerli və xarici bazarların araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Sifariş olunan materialların qısa müddətdə çatdırılmasına nəzarət;
  • Bazarın qiymətlərin mütəmadı yoxlanılması;
  • Topdan satış və ixtisaslaşmış satış məntəqələrlə əməkdaşlığın qurulması;
  • Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması;
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi.

Tələb olunan bacarıqlar:

  • Danışıqlar aparma bacarığı da daxil olmaqla, mükəmməl ünsiyyət bacarıqları
  • Müvafiq sahə üzrə ali təhsil, xarici təhsil arzuolunandır;
  • Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarıqları;
  • Komanda ilə işləmə bacarıqları;
  • Özünü inkişafa meyilli;
  • İKT sahəsində satınalma və təchizat proseduru haqqında biliklər;
  • Minimum 2 il iş təcrübəsi.

Təklif edirik:

  • 3 aylıq sınaq müddətindən sonra könüllü tibi sığorta;
  • Mehriban və ünsiyyətcil kollektiv;
  • Daxili və xarici təlimlərdə iştirak haqqı qazanacaqsınız.

Maraqlanan namizədlərdən CV-lərini “Təchizat üzrə Mütəxəssis” başlığı ilə applicants@atltech.az elektron ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı