Təchizat üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Gilan Tekstil Park Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Təchizat müqavilələrin hazırlanmasını bilməlidir.

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.

VAKANSİYA: Təchizat üzrə Menecer

Funksional rəhbər-Administrativ işləri üzrə direktor
Tabeliyində olanlar-9-10 nəfər

ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
  • Bazar araşdırılmasının apırılması, yeni tədarükçülərin tapılması
  • Qiymət sorğusu, tenderlərin hazırlanması,seçim prosesini yekunlaşdırılması
  • Təchizadçıların seçimi və qiymətləndirilməsi
  • Ödəniş Sorğularının həyata keçirilməsi,ödənişlərin nəzarətdə saxlanılması
  • Müqavilə şərtlərinin müəyyən edilməsi,şərtlər üzrə icrasına nəzarət edilməsi
  • Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi
  • Struktur daxili müvafiq hesabtların hazırlanması
  • Sahə üzrə diqər tapşırıqların həyata keçirilməsi

 

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Ali təhsil /Bakalavr (Üstünlük verilən ixtisas: İqtisadiyyat, Biznesin İdarə Edilməsi,Texnoloji maşın və avadanlıqlar mühəndisliyi)
  • Təchizat sahəsində ən az 1 illik iş təcrübəsi (istehsalat sahələrində çalışan namizədlərə üstünlük verilir)
  • Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
  • Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
  • Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
  • Bazarı təhlil etmək bacarığı
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
  • satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış
  • Dil bilikləri: Azərbaycan-ana dili, İngilis-əla, Türk-yaxşı və Rus-yaxşı
  • MS Word,MS Excell,MS Outlook, ERP proqramı
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırma və təşkil etmə, komandada işləmə bacarıqları
  • Yüksək kommunikasiya və biznes ünsiyyəti bacarığları
  • Stressə davamlılıq

 

İŞ SAATI:

  • Həftə ərzində 5 günlük iş qrafiki.
  • İş saatı: 09:00-18:00
  • Güzəşt paketi: Korporativ Mobil telefon nömrəsi, yemək xidməti, nəqliyyat xidməti

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəsis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəsis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı