Təchizat Üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Socar Polymer şirkəti Təchizat üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün linkə keçid edin:  https://socarpolymer.az/en/career/experienced-professionals/

İşin xülasəsi:

  • Təhcizat üzrə Mütəxəssisinin Şirkətin Satınalma siyasəti və prosedurları çərçivəsində aşağıdakı təmin etməsi gözlənilir:
  • Satınalma Sifarişlərinin mümkün qədər qısavaxt ərzində hazırlanması;
  • Qiymət, keyfiyyət və təhvil verilmə vaxtını optimal əmsalla hesablamaqla sifarişlərin yerləşdirilməsi;
  • Istehsalat xərclərinin azaldılması;
  • Sifariş prosesinin rasional və səmərəli üsullarını tapmaq və icra etmək.

Vəzifə öhdəlikləri:

  • Müəyyənləşdirilmiş şərt və tələblərə, eləcə də son istifadəçinin SAP ERP Proqramında Alış Sifarişi verməklə müəyyən edilən İş Miqyasına əsaslanan Qiymətləndirmə Sorğusu (QS) və Təkliflər üçün Müraciət paketlərinin hazırlanması;
  • Təklif və müraciətlərin əldə edilməsi üçün şirkətin təsdiq etdiyi Vendor Siyahısındakı vendorlara qiymət sorğusu, kommersiya təklifi üçün müraciətlərini və digər lazımi tender sənədlərini göndərir;
  • Qəbul edilən kommersiya təkliflərinin Şirkətin satınalma siyasəti və prosedurlarına uyğun olaraq qiymətləndirilməsi;
  • Qiymət, təhvil verilmə vaxtı, ödəniş şərtləri və müddəaları ilə bağlı danışıq və müzakirələr aparmaq və bu zaman Şirkət üçün ən xeyirli və gəlirli olan müddəa və şərtlərini qəbul etdirməyə çalışmaq;
  • Tender qaliblərinə Alış Sifarişləri və Müqavilələrin göndərilməsi və bu barədə təsdiqiləyəci məlumatları almaq;
  • Verilən Alış Sifarişlərinin tamlığını yoxlamaq, layihə tamamlanana qədər bu proseslə bağlı sənədlərin tam ehtiyatını saxlamaq və arxivləşdirmək
  • Satınalmalar barədə Verilənlər Bazasına əsasən Alış Sifarişləri və Sorğularının yenilənməsini təmin etmək;
  • Birbaşa rəhbər şəxsin digər tapşırıqlarını icra etmək.

Tələblər:

Funksional:

  • Şirkətin spesifik tələblərinə uyğun yerli və beynəlxalq bazarlar, onların iştirakçıları barədə yaxşı biliyi olmaq;
  • MS Ofis proqramlarını yaxşı səviyyədə bilmək, SAP ERP Proqramı bilənlərə üstünlük verilir;
  • Qrafikdən kənar saatlarda işləmək bacarığı.

Davranış:

  • Müsbət və peşəkar münasibət;
  • Güclü analitik düşüncə, ünsiyyətcil və təşəbbüskar olmaq;
  • Müstəqil şəkildə və ya komanda üzvü olaraq eyni dərəcədə çalışmaq qabiliyyəti;
  • Çoxsaylı tapşırıqları yerinə yetirmək və prioritetləri asanlıqla təyin edə bilmək.

Təhsil və təcrübə:

  • Mühəndislik və yaxud Biznes İdarəçiliyi ixtisası üzrə Bakalavr dərəcəsi olanlara üstünlük verilir;
  • Təchizat Zənciri/Satınalma və Loqistikanın idarə olunmasında minimum 3 il iş təcrübəsi;
  • Azərbaycanj, İngilis və Rus dillərini qabaqcıl səviyyədə bilmək.

Müraciət proseduru:

Maraqlanan namizədlər aşağıda qeyd olunan linki izləməlidirlər.

Yuxarıda qeyd edilən vakansiya Azərbaycan Respublikasının vətəndaşları və yaxud Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulur. Elan edilən vəzifə üçün bütün uyğun namizədlər qiymətləndiriləcək və bu qiymətləndirmə bərabər əsaslarla aparılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 12 May 2022-ci il

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı