Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu MMC Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Mal alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi
- Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması
- Alınacaq məhsulların etiketlərinin tərcüməsini elətdirmək, məhsulların məlumatını əldə etmək
- Sifarişlə əlaqədar dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi, nəzarətdə saxlanılması
- Sifarişə dair gömrük yoxlanışı zamanı çıxan problemlerin həll olunması üçün bilavasitə iştirak etmək
- Sifariş olunan mallar üzrə stok səviyyəsinə nəzarət etmək
- Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi
Vəzifə tələbləri:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- MS Office , xüsusilə Excel proqramını əla bilmək
- Azərbaycan, Rus, və İngilis dillərini səlis bilmək
- Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək
- Problemləri operativ həll etmək
- Yüksək ünsiyyət bacarığı
- Punktuallıq və detallara diqqət etmə bacarığı
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...