Təchizat üzrə mütəxəssis (daxili)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azertexnolayn Təchizat üzrə mütəxəssis (daxili) vəzifəsi üzrə vakansiya elan edir.

Əmək funksiyası:

  • Maddi-texniki təchizatın perspektiv və cari plan, balans layihələrinin hazırlanmasına, müəssisə və onun bölmələrinin təmir-istismar ehtiyaclarının, həmçinin maddi resurslara (xammal, materiallar, yarımfabrikatlar, avadanlıqlar, komplektləşdirici məmulatlar, yanacaq, enerji və s.) olan tələbatın müəyyənləşdirilməsi əsasında mütərəqqi xərc normalarından istifadə etməklə lazımi zəruri ehtiyatlarının qarşılanmasına rəhbərlik edir.
  • Bu tələbatların daxili ehtiyatlar hesabına ödənilməsi mənbələri axtarır.
  • Ehtiyac olan mallarla bağlı keyfiyyətinin maddi-texniki təchizatı üzrə müəssisə standartlarının hazırlanmasına rəhbərlik edir.
  • Yerli  və xarici bazarın monitorinqini aparır.
  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərir.
  • Cari işlərin təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımi işləri görür.
  • Material resurslarının istifadəsinin səmərəliliyinin artırılması, resursların daşınması və saxlanması ilə əlaqədar xərclərin azaldılması, ikinci dərəcəli resursların və tullantılarının istifadəsi, onların xərclənməsinə, yerli resurslardan istifadə edilməsinə nəzarət sisteminin təkmilləşdirilməsi, artıq xammalın, materialların, avadanlıqların və digər növ material resurslarının aşkar edilməsi və reallaşması üzrə tədbirlər planlarının hazırlanması və tətbiqinə rəhbərlik edir.
  • İstehsalçı fabriklər ilə müqavilələr bağlayır.
  • Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil edir
  • Müəssisənin maddi-texniki təchizatı planlarının yerinə yetirilməsi haqqında hesabatın tərtib edilməsini təmin edir.
  • Material ehtiyatlarının və komplektləşdirici dəstlərin vəziyyətinin, müəssisədə istehsal ehtiyatlarının operativ tənzimlənməsinin, material resurslarının buraxılması limitinə nəzarətin və onların müəssisə bölmələrində təyinatı üzrə xərclənməsinin yoxlanılmasını təmin edir.
  • Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırır, problemlərin səbəblərini araşdırır və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici fəaliyyət həyata keçirir.

Bilməlidir:

  • Müəssisənin maddi-texniki təminatı üzrə qanunvericilik və normativ aktları, metodiki materialları;
  • Tədarükçülərlə müqavilələrin bağlanması qaydalarını və onların yerinə yetirilməsinin yoxlanılması, müəssisə bölmələri tərəfindən buraxılan məhsullara olan sənədlərin tərtib olunması qaydalarını;
  • Təchizat əməliyyatlarının uçotunun təşkilini və maddi-texniki təchizat planlarının yerinə yetirilməsi ilə bağlı hesabatın tərtib olunması qaydalarını;
  • Hesablama texnikası, telekommunikasiya və əlaqələri vasitələrini;
  • Əsas texnoloji avadanlıqlar və onun iş prinsipi.
  • Ən yaxşı milli və xarici texnologiyanın texniki tələbat göstəriciləri və iqtisadi göstəricilər, standartlar və texniki şərtləri
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

İş saatı : Həftədə 5 gün /09:00-18:00

Şirkət servis və naharla təmin edir.

Son müraciət tarixi: 28.11.2022

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı