Təchizat üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Excelsior Hotel & SPA Baku Təchizat üzrə menecer vəzifəsi ürə vakansiya elan edir.

İş saatları: Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

  • Malların alınması üzrə Otelin tətbiq etdiyi alış siyasəti, proseduraları, standartları və otelin daxili və xarici müştərilərin tələblərinin təmin olunması məqsədi ilə alınması üçün sifariş verilmiş məhsulların alınması, sifariş olunmuş malların və xidmətlərin təhvil verilməsi, gömrük sənədləşdirməsi və otelimizin tədarükçülərinə müvafiq ödənişlərin edilməsi də daxil olmaqla alış şöbəsi ilə əlaqədar olan fəaliyyətlərini planlaşdırır, müəyyənləşdirir və nəzarət edir.
  • Birbaşa şöbənin işçi heyətinin işinə nəzarət edir.
  • Şöbələrin ehtiyacları barəsində məlumat əldə etmək və məhsulların alınması üzrə məsuliyyət daşıyan heyətin həmin şöbələrə kömək təklif etmək, onların ehtiyaclarını müvafiq qaydada təmin etmək və şöbələrin etdikləri sifarişlərin vəziyyəti, axtarılması və s. barəsində məlumatlandırmaq üçün Şöbə Rəhbərləri ilə birlikdə işləmək
  • Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq
  • Gələcəkdə tələb olunacaq ehtiyatların /sifarişlərin alınmasına nəzarət edir və məsələlərin alternativ yolla həll olunmasında maraqlı olan Şöbə Rəhbərlərinə məsləhətlər verir
  • Malların alınması üzrə məsul olan Şöbənin tədarükçülərinin siyahısı və xərclərinin təmin olunması, bütün sifarişləri təmin etmək üçün sistemə nəzarət etmək, itkilər və dəyən ziyanlar üzrə iddialar haqqında hesabat vermək kimi iş fəaliyyətinə nəzarət olunmasını və yoxlanışını həyata keçirir
  • Alınmış sifarişlər üzrə Tədarükçülərlə hesablaşmaların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək üçün bütün ödəniş qəbzlərini yoxlayır
  • Otelə məhsulların və xidmətlərin müntəzəm olaraq təchiz edilməsini təmin etmək üçün yerli və beynəlxalq tədarükçülərlə yaxşı iş əlaqələri yaradır
  • Ölkə sərhədləri çərçivəsində bütün xarici sifarişlərin qanuni proseduralar vasitəsi ilə həyata keçirildiyi üçün tələb olunan zəruri icazələrin və lisenziyaların alınması istiqamətində müraciət edir
  • Qiymətləri öyrənmək, bazarlara və tədarükçülərə baş çəkmək və ticarət yarmarkalarında iştirak etməklə yerli bazarlarda nələrin əldə edilməsinin mümkün olması haqqında məlumat əldə edir
  • Hər zaman alınmış məhsulların çatdırılması və paylanmasını xərclərə nəzarət bölməsi ilə birlikdə müəyyənləşdirir
  • Yerli rəsmi orqanlarla, gömrük xidməti və vergilər agentliyi ilə daimi əməkdaşlıq etmək və yeni məlumatlar əldə etmək üçün iş münasibətləri qurur
  • İclaslarda iştirak etmək, alınmış məhsullar üzrə aylıq təhlil hesabatının hazırlanması və çalışdığı vəzifə ilə əlaqədar digər vəzifələr kimi bir sıra administrativ vəzifələr toplusunu həyata keçirir
  • Otelin aparıcı təlimatlarına və yerli normalara müvafiq olaraq işçilərin əmək məhsuldarlığının, şöbə daxilində işçilərin əzmini və nizam-intizamı yüksəltmək
  • Məhsuldarlığın artırılması və işçilərin maaşları üzrə xərclərin azaldılması məqsədi ilə biznesin müxtəlif səviyyələrinə müvafiq olaraq əməkdaşların qrafikini hazırlamaq
  • Təsvir edilən normaları və proseduraları istifadə etməklə müvafiq işçilər seçmək və təlimatlandırmaq
  • Müəyyən olunmuş standartlara müvafiq olaraq təyin olunmuş iş yerlərində bütün vəzifələrə və tapşırıqlara nəzarət etmək, onlar üzrə təlimatlar vermək, məzəmmət etmək və nümayiş etdirmək üçün iş üzrə tam biliklərə sahib olmaq
  • Məhsuldarlığın artırılmasına və gəlirliliyə nail olmaq məqsədi ilə kifayət qədər bacarıqlara sahib olmaq üçün işçilərə təlimlər keçmək
  • İş fəaliyyətinin illik qiymətləndirməsini həyata keçirmək
  • Bütün potensial və real ziyanı müəyyən etmək, onlar haqqında hesabat vermək və dərhal aradan qaldırmaq
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirmək

Bilik və bacarıqlar:

  • Təchizat sahəsində minimum 3 il iş təcrübəsi
  • iScala proqramında işləmə bacarığı
  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq
  • Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək
  • Otelin ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliklərə uyğun reaksiya vermək

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “Təchizat üzrə menecer” adını mövzu hissəsində qeyd etməklə,  CV formalarını 26 May 2023 tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı