Təchizat üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FF Group of Companies Təchizat üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi tələb olunur.

Vəzifə və öhdəliklər:

  • Sifarişlərin qəbulu, çeşidlənməsi, təhlili, şirkətin təchizat mütəxəssislərinə tapşırılması;
  • Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanması;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
  • Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
  • Malların qeydiyyatının aparılması;
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
  • ISO 9001 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat proseslərinin təşkil edilməsi.

Tələblər:

  • Ali təhsilli
  • Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə danışıq qabiliyyəti;
  • Kompyuter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
  • İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər; (tikinti təcrübəsi mütləqdir)
  • Fərdi keyfiyyətlər: məsuliyyət, idarəçilik, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;

Şərtlər:

  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00
  • İşə qəbul AR Əmək Məcəlləci əsasında
  • Əmək haqqı razılaşma əsasında
  • Müsahibə CV əsasında aparılacaq

Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə menecer” yazaraq, öz CV-lərinizi cv@ffgroup.az e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olu

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəsis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəsis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı