Təchizat üzrə menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qalaalti Hotel & Spa Təchizat üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Ünvan: Şabran şəhəri, Qalaalti Hotel & Spa

Qalaalti Hotel & Spa yeni və gözəl arxitekturaya malik, Bakı şəhərindən cəmi 120 km məsafədə Şabran şəhərində yerləşən 5 ulduzlu müalicəvi və istirahət kompleksidir. Bu kompleks digərlərindən öz unikal müalicəvi suyu, müasirliyi və rahatlığı ilə fərqlənir. Otel 157 superior- class, 16 suite otaq və müxtəlif dizaynlı 3 villaya malikdir.

Əsas məqsədimiz ölkədə qeyri-neft sektorunun böyüməsi və turizm ekosisteminin inkişafına töhfə verməklə müxtəlif hotelçilik aktivləri yaratmaq, yerli peşəkar insan resurslarını artırmaq, əməliyyat mükəmməlliyini nümayiş etdirmək, korporativ sosial məsuliyyəti və ölkə regionlarının dayanıqlı iqtisadi inkişafını təmin etməkdir.
Tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr
  • Microsoft Office və 1C, iScala  proqramlarında işləmək bacarığı;
  • Satınalma prosesləri və idarə edilməsi üzrə biliklər;
  • Məlumat Texnologiyaları sahəsində güclü biliklər;
  • Kommunikasiya, nəzarət və analitik bacarıqlar.

Vəzifə öhdəlikləri:

  • Hotelin satınalma proseslərini idarə etmək, tələblərini müəyyən etmək, sifarişləri hazırlamaq və təhvil verilməsini təşkil etmək;
  • Satın almaq üçün məhsulların və xidmətlərin təyin edilməsi, tədarükçülərin qiymətləndirilməsi, qiymət müzakirələrinin aparılması və ən yaxşı müqavilələrin bağlanmasını təmin etmək;
  • Sifarişləri izləmək, tədarükçülərin performansını izləmək və hər hansı bir problem halında həll yolu təklif etmək;
  • Sifarişlər zamanı ən yaxşı qiymət təklifləri üçün bazar arşdırması etmək, ehtiyac olduqda yeni tədarükçüləri satınalma prosesinə cəlb etmək;
  • Satınalmaların monitorinqi, statistikalarının toplanması və hesabatların hazırlanması və ümumi satınalma proseslərinin effektivliyinin artırılması üçün tədbirlər görmək.

Vəzifə üzrə əmək haqqı və təminatlar:

  • Əmək haqqı ştat cədvəlinə uyğun;
  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • TABİA  MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Tibbi sığorta;
  • Mobil telefon və korporativ nömrə;
  • Gündəlik 3 dəfə qidalanma;
  • Həftədə 4 dəfə Bakı şəhərinə gediş-gəliş üçün servis.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təchizat üzrə menecer” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Satınalma üzrə mütəxəssis

\AGRO-VEST RETAIL Satınalma üzrə mütəxəssis vakansiyası elan edir. ...

Agro-West DC LLC

28.08.2025 - Bakı

Təchizat üzrə mütəxəssis

Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Universal PRO MMC

14.08.2025 - Bakı

600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi

Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

14.08.2025 - Bakı

Satınalmalar üzrə mütəxəssis

Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zəfər bağları

14.08.2025 - Ağdam

600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi

"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı