Təchizat üzrə Aparıcı Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect LLC Təchizat üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət : Azerconnect
Funksiya : Təchizat
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 04 May 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Təchizat üzrə Aparıcı mütəxəssis daha yüksək təcrübə, bilik, peşəkarlıq və idarəetmə tələb edən ən kritik / çətin satınalma müqavilələrinin həyata keçirilməsindən məsuldur.
Bu rolda Sizdən güclü ünsiyyət, danışıqları aparmaq, problemləri həll edə bilmə bacarığı və həmçinin özünəinamlı olmaq tələb olunmaqdadır;

Təchizat üzrə Aparıcı Mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz

  • Təchizat strategiyalarına əsasən prossesləri idarə etmək;
  • Satınalma və qiymətləndirmə də daxil olmaqla təchizat müraciətlərini idarə etmək;
  • Müqavilələri tərtib etmək və müvafiq dəyişiklikləri hazırlamaq;
  • Təchizatçılarla danışıqlar aparmaq;
  • Spesifikasiyaların aydınlığını təmin etmək üçün əsas istifadəçilərlə əməkdaşlıq etmək;
  • Önəmli layihələr üzrə əsas daxili müştərilərə mütəmadi olaraq rəy verilməsini təmin etmək;
  • Effektiv olaraq təşkil olunmuş ASR-lar vasitəsi ilə rəhbərliyin təsdiqlərini əldə etmək;
  • Yüksək nəticələrin əldə olunması üçün müqavilə şərtlərinin effektiv idarə etmək və işgüzar əlaqələr qurmaqla təchizatçılar ilə əmakdaşlıq etmək;
  • Xidmətlərin və materialların çatdırılmasını sona qədər nəzarətdə saxlamaq və istifadəçilərin gözləntilərinə uyğun tam çatdırılmanı təmin etmək – vahid pəncərə sistemi olaraq cavabdehlik daşımaq;
  • Davamlı olaraq prosseslərə sərf olunan vaxtı daha da təkmilləşdirmək.

Vəzifənin tələbləri

  • Ali təhsil (hüquq, biznesin idarə edilməsi, mühəndislik, logistika sahəsi üzrə ali təhsil);
  • Təchizat, müqavilələr, hüquq, kommersiya, maliyyə və əlaqəli sahələrdə 5 il iş təcrübəsi;
  • Son istifadəçiyə qədər olan təchizat prossesini yaxşı bilmək;
  • Azərbaycan və ingilis dillərini səlis bilmək. (Rus dili biliyi üstünlükdür);
  • Microsoft Ofis proqramlarını yaxşı bilmək. Excel və Power Point mütləqdir;
  • Oracle, SAP, NetSuite və ya Sage kimi ERP sistemlərini bilmək;
  • Güclü ünsiyyət bacarıqları;
  • Danışıqlar apara bilmək;
  • 3cü tərəflərlə effektiv olaraq əlaqələr qura bilmək və mövcud əlaqələri idarə edə bilmək;
  • Problemləri həll edə bilmə bacarığı və prossesləri davamlı olaraq təkmilləşdirməyə yönümlü olmaq;
  • Təcili məqamlarda reaksiya verə bilmək bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Detallara diqqət yetirmək;
  • Yüksək intizama malik olmaq;

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Təchizat üzrə Aparıcı Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı