Təchizat üzrə Aparıcı Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect LLC Təchizat üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət : Azerconnect
Funksiya : Təchizat
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 15 Avqust 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Təchizat üzrə Aparıcı mütəxəssis daha yüksək təcrübə, bilik, peşəkarlıq və idarəetmə tələb edən ən kritik / çətin satınalma müqavilələrinin həyata keçirilməsindən məsuldur.
Bu rolda Sizdən güclü ünsiyyət, danışıqları aparmaq, problemləri həll edə bilmə bacarığı və həmçinin özünəinamlı olmaq tələb olunmaqdadır;

Təchizat üzrə Aparıcı Mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Satınalma və qiymətləndirmə də daxil olmaqla təchizat müraciətlərini idarə etmək, RFx müqavilə sənədləri ilə əlaqəli keyfiyyət və xərclərin vaxtında məqsədəuyğunluğunu təmin edən tövsiyələr hazırlamaq;
  • Spesifikasiyaların aydınlığını təmin etmək üçün əsas istifadəçilərlə əməkdaşlıq etmək;
  • Önəmli layihələr üzrə əsas daxili müştərilərə mütəmadi olaraq rəy verilməsini təmin etmək;
  • Effektiv olaraq təşkil olunmuş ASR-lar vasitəsi ilə rəhbərliyin təsdiqlərini əldə etmək;
  • Yüksək nəticələrin əldə olunması üçün müqavilə şərtlərinin effektiv idarə etmək və işgüzar əlaqələr qurmaqla təchizatçılar ilə əmakdaşlıq etmək;
  • Xidmətlərin və materialların çatdırılmasını sona qədər nəzarətdə saxlamaq və istifadəçilərin gözləntilərinə uyğun tam çatdırılmanı təmin etmək – vahid pəncərə sistemi olaraq cavabdehlik daşımaq;
  • Xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional göstəriciləri izləmək və hesabat vermək;
  • Kateqoriya idarəetmə planını izləmək və daima yeniləmək.

Vəzifənin tələbləri:

  • Bakalavr təhsili (satınalmanın idarəedilməsi, logistika, biznesin idarəedilməsi və yaxud uyğun sahə üzrə ali təhsil);
  • Təchizat və satınalma əməliyyatları sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Müqavilələrin hazırlanması və nəzərdən keçirilməsi, danışıqları apara bilmək və güclü ünsiyyət bacarıqları;
  • Microsoft Ofis proqramlarını yaxşı bilmək. (Word, Excel, Outlook)
  • Azərbaycan və ingilis dillərini səlis bilmək. (Rus dili biliyi üstünlükdür);
  • Təchizat sahəsindəki ERP sistemlərini bilmək (Oracle, SAP Ariba və digərləri)
  • Tapşırıqlara üstünlük vermək bacarığı və vaxtın idarəedilməsi
  • Detallara diqqət yetirmək və yüksək intizama malik olmaq

Müraciət etmək üçün

Müraciət etmək üçün bu linkə keçid almağınızı xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı