Təchizat şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Novo Group Təchizat şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. ERP sistemində iş təcrübəsi olmalıdır.

Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri Biznes Strukturlarından birində mövcud olan “Təchizat şöbəsinin müdiri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

  • Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesinin şirkət prosedurlarına uyğun olaraq aparılmasının təşkili və izlənilməsi;
  • Alış tələbnamələrinin düzgünlüyünün yoxlanılması və təsdiqi;
  • Alış tələbnaməsi, təklif qiymətləndirilməsi, alış sifarişi (purchase order), müqavilə və digər təchizat sənədlərinin reyesterinin aparılmasına nəzarət;
  • Yerli və xarici təchizatçılardan alınmış təkliflərlər əsasında hazırlanmış müqayisə cədvəllərinin/təkliflərin qiymətləndirilməsi və hesabatların yoxlanılması;
  • Alış müqavilələrinin və sifariş tapşırıqlarının (Purchase Order) yoxlanılması;
  • Daşıma və gömrük prosesinə nəzarət edilməsi;
  •  Tender və strateji alışların aparılmasının şirkət proseduruna uyğun olaraq həyata keçirilməsinə nəzarət;
  • Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasına nəzarət edilərək gecikmələrə yol verilməməsi;
  • Digər şöbələr ilə koordinasiya edilərək ehtiyac proqnozlarının əldə edilməsi, material/xidmət ehtiyacının planlamasının hazırlanması və rəhbərliklə razılaşdırılması;
  • Təchizatçıların ilkin dəyərləndirilməsi və onların fəaliyyətinin vaxtaşırı qiymətləndirilməsi prosesinin təşkili;
  • Təchizat və anbar personalının iş bölgüsünün təşkili;
  • Satınalmalar nəticəsində əldə edilmiş qənaətlərin rüblük hesabatının hazırlanması;
  • Direktor və Qrup təchizat tərəfindən tələb olunan hesabatların hazırlanması;
  • Anbar prosesləri və sənədləşdirmələrinin düzgün aparılmasına nəzarət;
  • Minimum anbar qalıqlarının hazırlanmasına nəzarət;

TƏLƏBLƏR:

  • Vəzifə üzrə 5 illik iş təcrübəsi
  • Azərbaycan, Rus və İngilis dili biliyi
  • ERP sistemində iş təcrübəsi
  • Liderlik qabiliyyəti
  • Yüksək ünsiyyət qurma qabiliyyəti
  • Problemi sərbəst həll etmə və vaxtdan səmərəli istifadə etmə qabiliyyəti

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi hr.department@novogroup.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı