Təchizat üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Novo Group Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ERP sistemində iş təcrübəsi olmalıdır.

Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri Biznes Strukturlarından birində mövcud olan “Təchizat üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

  • Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesini şirkət prosedurlarına uyğun olaraq aparmaq;
  • Yerli və xarici bazar araşdırmaları həyata keçirmək və yeni təchizatçıları müəyyən edib, cəlb etmək;
  • Danışıqlar aparmaq və endirimlər əldə etmək;
  • Yerli və xarici təchizatçılardan təkliflər almaq, müqayisə cədvəllərini/təklifləri dəyərləndirmək və təsdiqə göndərmək;
  • Alış müqavilələrini və sifariş tapşırıqlarını (Purchase Order) hazırlamaq və razılaşdırılmasını təşkil etmək;
  • Daşıma və gömrük prosesini təşkil etmək;
  • Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılması işini təşkil etmək;
  • Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
  • Hesab-fakturaları, qaimə-fakturaları və digər ödəniş sənədlərini qəbul etmək, yoxlamaq və maliyyə şöbəsinə təqdim etmək;
  • Satınalma üzrə bütün məlumatların kağız nüsxəsini saxlamaq;
  • Struktur daxili müfaviq hesabatları hazırlamaq;
  • Təchizatçıları ilkin olaraq dəyərləndirmək və onların fəaliyyətini vaxtaşırı qiymətləndirmək;

TƏLƏBLƏR:

  • Vəzifə üzrə 3 illik iş təcrübəsi
  • Azərbaycan, Rus və İngilis dili biliyi
  • ERP sistemində iş təcrübəsi
  • İşinə məsuliyyətli yanaşma

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi hr.department@novogroup.az ünvanına göndərin

Oxşar vakansiya siyahısı:

Xarici satınalma üzrə  mütəxəssis

İnci Group of Companies Xarici satınalma üzrə  mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

05.06.2025 - Bakı

Procurement Specialist

Position: Procurement Specialist Based in Baku | Full-time AEL is a dynamic and rapidly growing company in the energy sector, specializing in the supply of hazardous area ...

AEL

03.06.2025 - Bakı

Satınalma və təchizat mütəxəssisi

Az-Caspian CONSTRUCTION Satınalma və təchizat mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Az-Caspian CONSTRUCTION

29.05.2025 - Bakı