Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkət təchizat strategiyasına uyğun yeni təchizat mənbələrinin və tədarükçülərin araşdırılması və mövcud təchizatçı bazasın genişləndirilməsi;
- Mövcud təchizatçı bazası ilə daimi əməkdaşlıq və daha əlverişli şərtlərin əldə edilməsi;
- Yeni təchizatçılarla şirkət strategiyasına uyğun ilkin danışıqların aparılması və şərtlərin müəyyənləşdirilməsi;
- Təchizatçı siyahısına qeydiyyat və təchizatçıların qiymətləndirmə işinin təşkili;
- Təchizat şöbəsi sənəd dövriyyəsi işinə nəzarət;
- Yerli və xarici bazar üzrə yeni imkanların və risklərin izlənilməsi;
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Təchizat, satınalma sahəsində təcrübə;
- Təchizat və satınalma prossesləri və ümumi prinsipləri haqqında biliklər;
- Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
- İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə)” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Oxşar vakansiya siyahısı:
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...