Təchizat üzrə kiçik mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Agro-West DC LLC Təchizat üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Təchizat üzrə kiçik mütəxəssis, təchizat departamentinin müdirinin göstərişləri əsasında  şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir;
  • Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini   dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək;
  • Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
  • Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
  • Alınan malların keyfiyyətinə nəzarət etmək;
  • Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək;
  • Ödəniş sorğularını həyata keçirtmək,ödənişlərə nəzarət etmək;
  • Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq;
  • Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
  • Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması.

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi və ya texniki təhsilin olması
  • Cins: Kişi
  • İnkişaf etmiş texniki və kommersiya biliyi;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsinin olması;
  • Ofis proqramları və mühasibatlıq proqramları üzrə geniş bilik və iş bacarığına malik olması;
  • Azərbaycan, Rus dilində səlis yazı və danışıq bacarıqlarının, ingilis dili səviyyəsinin yaxşı olması;
  • Müqavilələrlə iş təcrübəsinin olması;
  • Təzyiq altında işləmək bacarığının olması.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: 700 azn;
  • Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç

Oxşar vakansiya siyahısı:

Anbardar

Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

08.05.2025 - Bakı

600₼
Anbardar köməkçisi

Uragan-Group Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group

08.05.2025 - Bakı