Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu İnşaat Materialları üzrə tanıtım-tətbiq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
İşin təsviri:
- Şirkətin inşaat materiallarının xüsusiyyətləri və tətbiq sahələrinə dair təqdimatlar hazırlamaq və keçirmək.
- Müştərilər və tərəfdaşlar üçün materialların tətbiqinə dair praktiki nümayişlər təşkil etmək.
- Sərgi, seminar və digər tədbirlərdə şirkət məhsullarının tanıtımını həyata keçirmək.
- Məhsulların tətbiqi proseslərini müştərilərə izah etmək və tətbiq zamanı texniki dəstək göstərmək.
- Layihələrdə məhsulların istifadəsi ilə bağlı texniki məsləhətlər vermək.
- Müştərilərin tətbiq zamanı yaranan suallarına operativ cavab vermək.
- Satış komandası ilə əməkdaşlıq edərək müştəri görüşlərində iştirak etmək.
- Satış nöqtələrində məhsulların üstünlüklərini və texniki xüsusiyyətlərini vurğulamaq.
- Tanıtım və tətbiq prosesləri ilə bağlı hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək.
- Şirkət məhsulları ilə bağlı təlimlərdə iştirak edərək bilik və bacarıqlarını təkmilləşdirmək.
- Yeni texnologiyalar və tətbiqetmə üsulları ilə bağlı araşdırmalar aparmaq.
Tələblər
- İnşaat mühəndisliyi, memarlıq, materialşünaslıq və ya əlaqəli sahədə ali təhsil.
- İnşaat materiallarının tətbiqi sahəsində minimum 2-3 il iş təcrübəsi.
- Müxtəlif inşaat materiallarının texniki xüsusiyyətlərini dərindən bilmək.
- Material tətbiqetmə normativləri və standartları haqqında məlumatlılıq.
- Praktiki tətbiqetmə proseslərində iştirak təcrübəsi.
- Yüksək ünsiyyət bacarıqları və müştəriyönümlü yanaşma, Təqdimat və nümayiş qabiliyyəti.
- Problemlərin həllində yaradıcı yanaşma və müştəri ehtiyaclarına uyğun təkliflər hazırlamaq bacarığı.
- Ezamiyyətlərə və sahə işlərinə uyğunluq.
- Azərbaycan dili – mükəmməl səviyyədə, Rus dili bilikləri üstünlükdür.
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.az ünvanına CV-ni göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Sayımçı vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...