Talant Mərkəzi Koordinatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Code Academy Talant Mərkəzi Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. Email etiketini bilməlidir.

İşin təsviri:

  • Vakansiya elanlarının yerləşdirilməsi, elanların müddətinə və vakansiyaların aktiv olmasına nəzarət
  • İş üçün müraciət edən namizədlərlə müsahibələrin təşkili
  • Namizədlər barədə rəy toplamaq
  • Yeni işçilər üçün sənədləşmə prosesinin təşkili
  • Talant Mərkəzi ilə şirkətlər arasında koordinasiyası
  • Karyera inkişafı ilə bağlı təlimlərin planlanması
  • Məzunlarla karyera yönümlü görüşlərin təşkili
  • Tədbirlərin və buraxılış layihələrinin təşkili

Görmək istədiyimiz bilik və bacarıqlar

  • Minimum 2 il iş təcrübəsi
  • Əmək Məcəlləsi və işəgötürmə prosesi ilə bağlı təcrübə mütləqdir
  • Bakalavr dərəcəsində ali təhsil
  • Güclü ünsiyyət qabiliyyətinin olması
  • Güclü təqdimat bacarığının olması
  • Administrativ bacarıqların olması
  • Email etiketini bilmək
  • Güclü analiz və araşdırma qabiliyyəti
  • Komandada işləmə bacarığı
  • Azərbaycan dilində əla, ingilis dilində yaxşı yazı və danışıq qabiliyyətinin olması, orta səviyyədə rus dili bilməsi
  • Microsoft Office proqramlarında işləmə bacarığı, xüsusən də yaxşı Excel bilikləri
  • IT sektorunda işləməyə maraqlı və həvəsli olmaq

Vəd etdiklərimiz

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
  • Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı