Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Code Academy Talant Mərkəzi Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. Email etiketini bilməlidir.
İşin təsviri:
- Vakansiya elanlarının yerləşdirilməsi, elanların müddətinə və vakansiyaların aktiv olmasına nəzarət
- İş üçün müraciət edən namizədlərlə müsahibələrin təşkili
- Namizədlər barədə rəy toplamaq
- Yeni işçilər üçün sənədləşmə prosesinin təşkili
- Talant Mərkəzi ilə şirkətlər arasında koordinasiyası
- Karyera inkişafı ilə bağlı təlimlərin planlanması
- Məzunlarla karyera yönümlü görüşlərin təşkili
- Tədbirlərin və buraxılış layihələrinin təşkili
Görmək istədiyimiz bilik və bacarıqlar
- Minimum 2 il iş təcrübəsi
- Əmək Məcəlləsi və işəgötürmə prosesi ilə bağlı təcrübə mütləqdir
- Bakalavr dərəcəsində ali təhsil
- Güclü ünsiyyət qabiliyyətinin olması
- Güclü təqdimat bacarığının olması
- Administrativ bacarıqların olması
- Email etiketini bilmək
- Güclü analiz və araşdırma qabiliyyəti
- Komandada işləmə bacarığı
- Azərbaycan dilində əla, ingilis dilində yaxşı yazı və danışıq qabiliyyətinin olması, orta səviyyədə rus dili bilməsi
- MS Office proqramlarında işləmə bacarığı, xüsusən də yaxşı Excel bilikləri
- IT sektorunda işləməyə maraqlı və həvəsli olmaq
Vəd etdiklərimiz
- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Tibbi sığorta təminatı
Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.