Taksi Sürücüsü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Az Taxi MMC şirkəti Taksi Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • DEPOZİT tələb olunmur
  • Müştərilərin təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək
  • Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
  • Avtomobil şirkət tərəfdən təmin olunur
  • BOLT – da bloka salınan sürücülər müraciət etməsinlər, çünki əməkdaşlıq BOLT şirkəti ilə olunur
  • Bolt tətbiqi ilə işləməyi bacarmayanlar müraciət etməsinlər
  • Avtomobil növbəli idarə olunacaq və sürücü avtomobili iş sonunda qaraja təhvil verir
  • 1- ci növbə 09:00-dan 21:00-dək
  • 2- ci növbə 21:00-dan 09:00-dək
  • Sürücü (Aylıq faiz nisbəti ilə)
  • 0-49 manat arası 23%
  • 50-79 manat arası 25%
  • 80 və daha yuxarı 27%
  • 100 manat və daha yuxarı işləyən sürücüyə 27% – dən əlavə bonus
  • Avtomobilin bütün xərcləri şirkət tərəfindən ödənilir, (sürücü tərəfdən yaranan problemə isə sürücü məsuliyyət daşıyır)
  • Sürücülük vəsiqəsində ödənilməmiş cərimələri olan sürücülər müraciət etmesin
  • Sürücüyə mobil telefon, internet və danışıq dəqiqələri şirkət tərəfindən verilir

Namizədə tələblər:

  • Sürücülük təcrübəsi – 3 il
  • B kateqoriyalı sürücülük vəsiqəsi
  • Bakı şəhərində əraziləri tanıma – yaxşı səviyyədə
  • Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə
  • Stresə davamlılıq, intizamlılıq, məsuliyyətli, dürüstlük
  • Ailəli sürücülərə üstünlük verilir
  • Sürücülərlə xidməti müqavilə bağlanır, sifarişçinin və icraçının bütün hüquq və öhdəlikləri müqavilə əsasında tənzimlənir
  • Narkotik və Psixatrop maddelərdən istifadə etmədiyinə dair Narkoloji dispanserdən arayiş

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı