Qısa məzmun
SR Construction CO Tabelçi vəzifəsi üzrə vakansiya elan edir. B kateqoriya sürücülük vəsiqəsi arzu olunandır.
Namizədə tələblər:
- Ali təhsil
- Minimum 3 il iş stajı
- Excel, 1C
- Dəqiqlik, təqdim etmə və ünsiyyət bacarığı, gərginliyə davamlılıq.
- AR Əmək məcəlləsi və Əməyin Təhlükəsizliyi qaydaları biliyi arzu olunandır.
- Rus dili arzu olunandır
- B kateqoriya sürücülük vəsiqəsi arzu olunandır
Vəzifələr:
- Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək;
- Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə raport tərtib etmək;
- Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparmaq;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətlərini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin xtında təqdim olunmasına nəzarət etmək;
- Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparmaq.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini ulvi.verdiyev@srgroupco.com elektron ünvanına göndərə bilərlər.