Qısa məzmun
North West Construction Tabel üzrə İnzibatçı vəzifəsi üzrə vakansiya elan edir. Kadr işinin təşkili və hesabatların tərtibini bilməlidir.
Vəzifə funksiyaları:
- Tabel üzrə İnzibatçı İnsan Resursları üzrə Menecerə tabedir;
- Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq;
- İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək;
- İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək;
- Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək;
- İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək;
- İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək;
- Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək;
- Hər bir işçi üçün layihə qrupu üçün şəxsiyyət vəsiqəsini hazırlamaq;
- Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq;
- HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək;
- Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək;
- İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;
- Müdriyyət tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;
Tələblər:
- Azərbaycan Respublikasının qüvvədə olan Əmək qanunvericiliyini bilmək;
- Komputer bilikləri: Microsoft Office tools (Word/Excel/PowerPoint/Outlook) əla səviyyədə bilmək;
- Kadr işinin təşkili və hesabatların tərtibini bilmək
- Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış, təqdimat, tabel və s. sənədlərinin təşkilini əla səviyyədə bilmək
- Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinat, kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını yaxşı bilmək
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tabel üzrə inzibatçı” qeyd edərək elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...