Təlim,Motivasiya və İnkişaf üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Mətanət A Təlim,Motivasiya və İnkişaf üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin Təlim və İnkişaf siyasətinə əsasən Təlim və İnkişaf prosesinin təşkili və idarə edilməsi;
  • Şirkət üçün illik təlim planının hazırlanması;
  • əlim planına əsasən illik təlim büdcəsi hazırlanması və idarə edilməsi;
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • Təlimçilərin və təlim proqramlarının effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələr verməsi;
  • İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədilə güclü kommunikasiya strategiyasının qurulması;
  • Şirkətin ehtiyacına müvafiq olaraq bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi;
  • Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək;
  • Plana uyğun olaraq, bütün törəmə şirkətlərdə təlimləri təşkil etmək;
  • Şirkət işçiləri arasında təlim fəaliyyətini fəal şəkildə təşviq etmək;
  • Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq.
  • Təlimin effektivliyinin qiymətləndirilməsi üçün metodların hazırlanması üzrə təkliflərin verilməsi və həyata keçirilməsi.
  • Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi:Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
  • Dil bilikləri: (Azərbaycan, ingilis, rus – əla səviyyədə)
  • Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
  • Komanda işinin təşkili.

Qeyd:

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...