Təlim – Tədris şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi Təlim – Tədris şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Tələbələrin tədris planına uyğun dərslərinin keçirilməsini təşkil edir;
  • Tədrisin tam tsikl üzrə təşkilini təmin edir (planlama, tədrisin təşkili, inzibati hazırlığı, tədrisin keyfiyyətinin qiymətləndirilməsi, müdavimlərin performanslarının dyərləndirilməsi və sertifikasiya);
  • İmtahan prosesinin dünya standartlarına uyğun şəkildə təşkil edilməsi işini təşkil edir;
  • Mərkəzdə tədris olunan fəaliyyət sahələrinin nəzərdə tutulmuş təlim proqramlarına əsasən təşkil olunmasına nəzarət edir;
  • Dünya təcrübəsində tədris proqramlarının standartları üzrə baş verən dəyişiklikləri izləyir və mpvcud kurrikulumlara tətbiqinə nail olur;
  • Tədris cədvəllərinin təşkilini kordinasiya edir;
  • Kənar təlimçilərin fəaliyyətini kordinasiya edir;
  • Əmək bazarının araşdırır və ehtiyac duyulan fəaliyyət sahələri üzrə təlim proqramlarının hazırlanmasına dair təkliflər verir;
  • Mərkəzin kitabxana sisteminin qurulmasında biləvasitə iştirak edir;
  • Şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Mərkəzin rəhbərliyinə təqdimat verir;
  • Müvafiq olaraq şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
  • Şöbəni təmsil edir;

Bilməlidir:

  • “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
  • Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
  • Tədrisin təşkili ilə bağlı Nazirlər Kabineti və Mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərarları və qaydalarını;
  • İdarəetmənin təşkilini;
  • Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
  • Əmək qanunvericiliyini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

  • Ali təhsil, müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi olan
  • Microsoft Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 600 (Bir min altı yüz) manat

Maraqlı olanlar CV-ni “Təlim – tədris şöbəsinin müdiri” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...