Təhlükəsizlik sistemləri şöbəsinin aparıcı mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank Təhlükəsizlik sistemləri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Xidməti fəaliyyəti ilə bağlı məxfilik qaydalarına əməl etməlidir.

Müraciət üçün linkə daxil olun: https://hr.kapitalbank.az/

Öhdəliklər:

  • Departament direktorunun, direktor müavinin və şöbə rəisinin göstərişlərini yerinə yetirmək;
  • Yerli struktur bölmələrdə yanğın-mühafizə və video-nəzarət sistemlərinin quraşdırılması və təkmilləşdirməsi prosesində bilavasitə iştirak etmək;
  • Video-nəzarət sistemlərinin mütəmadi monitorinqini həyata keçirmək;
  • Yanğın-mühafizə sistemlərinin mütəmadi monitorinqini həyata keçirmək;
  • Nəzarət buraxılış sisteminn işlək vəziyyətdə olmasının mütəmadi monitorinqini həyata keçirmək;
  • Bankın bütün struktur bölmələrində quraşdırılmış təhlükəsizlik sistemlərinin işlək vəziyyətdə olmasını təmin etmək;
  • Təhlükəsizlik sistemlərində meydana gələn nasazlıqlarla bağlı yerli struktur bölmələrdən daxil olan məlumatları araşdırmaq və aradan qaldırlmasını təmin etmək;
  • Təhlükəsizlik sistemlərinin fəaliyyəti ilə əlaqədar meydana gələn problemlər barədə şöbə rəisinə məlumat vermək;
  • İş prosesində meydana çıxan digər işlərin görülməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Vətəndaş qüsursuzluğuna malik olmaq;
  • Məsuliyyətlilik, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
  • Kollektivdə işləmə bacarığı;
  • Xidməti fəaliyyəti ilə bağlı məxfilik qaydalarına əməl etmək;
  • Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməmək.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...