Təchizat üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Gilan Tekstil Park Təchizat üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. Təchizat müqavilələrin hazırlanmasını bilməlidir.

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.

VAKANSİYA: Təchizat üzrə Menecer

Funksional rəhbər-Administrativ işləri üzrə direktor
Tabeliyində olanlar-9-10 nəfər

ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • İstehsal sahələrdən gələn xidmət və istənilən mal-material, xammal, texnika, ehtiyyat hissələri və avadanlıqların təchizatı ilə bağlı sorğuların icrası,
  • Bazar araşdırmalarının edilməsi və yeni tədarükçülərin tapılması,
  • Tədarükçülərlə danışıqların aparılması və uyğun təchizat şərtlərinin müəyyən edilməsi
  • Tenderlərin təşkil olunması, Tender sənədlərinin və elanlarının hazırlanması
  • Tədarükçülərin tenderə dəvət olunması,Tədarükçülərin fəaliyyəti haqqında ilkin məlumatların şirkətin tələblərinə əsasən toplanması,
  • Uyğun qiymət təklif edən tədarükçülərin tapılması və satınalma prosesinin həyata keçirilməsi,
  • Yerli və mərkəzləşmiş təchizat kateqoriyalarının müəyyən edilməsi,
  • satınalma zamanı baş verə biləcək neqativ halların aradan qaldırıması və bununla bağlı tədbirlərin həyata keçirilməsi,
  • Ödəniş üçün lazım olan bütün ilkin sənədlərin toplamının mühasibatlığa təqdim olunmsının təmin edilməsi,
  • Beynəlxalq satınalmalar zamanı sənədləşmənin düzgün tərtib olunmasına və toplanmasına nəzarət olunması,
  • Müqavilələrin hazırlanması, tərtibatının və təchizatla bağlı şərtlərinin yoxlanılması və müəyyən edilməsi,
  • Tender sonrası protokolların hazırlanmasının yoxlanılması,
  • Şirkətin vahid təchizat prinsiplərinə əməl olunmasının təşkili və nəzarəti,
    Təchizat şöbəsinin əməkdaşlarının satınalma prosesini şirkətin təchizat prosedurlarına uyğun həyata keçirdiklərinə nəzarət
  • olunması.
  • Səmərəliyin artırılması məqsədi ilə mərkəzləşmiş təchizat prosesinin təşkil olunması,
  • Effektivlik və səmərəliliyin artırılması üçün kateqoriya planlaşdırmasının inkişat edirilməsi.
  • Mövcud tədarükçülərlə əlaqələrin daha da yaxşılaşdırılması.

Tələblər:

  • Ali təhsil; (iqtisadiyyat, Texniki)
  • İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
  • 5 il menecer vəzifəsində olmaq
  • CİPS və analoji sertifikata malik olmaq üstünlükdür;
  • Ms office,Satınalma sahəsi üzrə ERP bilikləri;
  • Azərbaycan dili, İngilis dili, Rus dili əla səviyyədə bilmək.
  • Təchizat prosesini mükəmməl şəkildə bilmək
  • Təchizat müqavilələrin hazırlanmasını bilmək
  • Tender prosesini bilmək
  • Logistika qaydalarını və prosedurlarını bilmək
  • Beynəlxalq satınalma qaydalarını bilmək
  • Təchizat planlanması prosesini bilmək

İŞ SAATI

  • 09:00 – 18:00

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı