Təchizat üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yeni Qalaaltı Hotel Company Təchizat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Qalaaltı Otel & Spa Şabran şəhərində Təchizat komandasına qoşulmaq üçün analitik düşüncəyə malik və enerjili Təchizat üzrə baş mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil etmək;
  • Qiymət Sorğusu/Tenderin keçirilməsi üzrə müvafiq qanunvericiliyin və PMD Hospitality-nin daxili qaydalarına uyğun olaraq məhsul və xidmətlərin satınalınması üzrə qiymət sorğusu/tenderlərin elan olunmasını, prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasının nəzarətdə saxlanılması
  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədlər paketinin broker şirkətinə təqdim olunması);
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Təhsil/Təcrübə:

  • Ali təhsil (İqtisadi təhsilə üstünlük verilir);
  • Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • CİPS sertifikatı sahiblərinə üstünlük verilir
  • Rus və İngilis dili biliyi arzu olunandır;
  • MS Office, 1C 8.3 və ya alternativ uçot proqramlarından istifadə etmək bacarığı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən gündəlik qidalanma, nəqliyyat və yaşayış yeri ilə təmin edilmə;
  • İş qrafiki: Beş günlük iş həftəsi
  • İş yeri: Şabrah şəhəri
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi galaalti.recruitment@pmdhospitality.az elektron ünvanına göndərə bilərsiniz.

“Qalaalti Hotel & Spa” şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar vakansiya siyahısı:

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı