System Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Xalq Sigorta System Administrator vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı və məsuliyyətlilik olmalıdır.

Tələb olunan bilik və bacarıqlar :

  • Şəbəkə protokolları (TCP/IP, UDP, ICMP və s.) üzrə biliklər;
  • Windows Server (DC (GPO), DNS, DHCP, VPN, İİS kimi servislərin quraşdırılması və idarə olunması), SQL, 1C, Antivirus, Print, File, Application servers, Exchange, WSUS, Proxy Server and Windows 10 client;
  • Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili -yaxşı, rus dili -arzuolunandır;

Namizədə dair gözləntilər:

  • Konfidensiallığın qorunması;
  • Κomandada işləmək bacarığı;
  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meyilli.

Xüsusi tələblər:

  • Ali texniki təhsil (Riyaziyyat, Kompüter Elmləri, Komputer mühəndisliyi üzrə bakalavr dərəcəsi);
  • Müvafiq sahədə minimum 2  il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);

Vəzifə öhdəlikləri:

  • IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
  • Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
  • Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
  • Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək,  monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
  • Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
  • Sistemlərə  girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və auditini aparmaq;
  • Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
  • Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
  • Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
  • Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
  • Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
  • İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
  • İş yeri: Bakı şəhəri
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Sistem inzibatçısı/ System Administrator) qeyd edərək göndərilməsi xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı