Sürücü (Manipulyator)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AAC MMC Sürücü (Manipulyator) vəzifəsi üzrə vakansiya elan edir. Kran sürmək üçün icazə lisenziyası olmalıdır.

İşin təsviri:

  • Yol hərəkəti və texniki istismar qaydalarına riayət edilməsi;
  • İşə başlanmazdan əvvəl yol vərəqəsinin tamlığının və düzgünlüyünün nəzərdən keçirilməsi və yalnız tam və düzgün olan yol vərəqələri ilə qarajdan çıxılması;
  • İşə başlanmazdan əvvəl yük maşınının texniki vəziyyətinin nəzərdən keçirilməsi;
  • Zavoda qayıtdıqda yük avtomobilinin ona aid edilmiş yerdə saxlanılması və yük avtomobilində istismar vaxtı yaranan nasazlığın aradan qaldırılması;
  • Yük avtomobilinin gündəlik baxışdan keçirilməsi və onların texniki baxışa hazırlanması;
  • Yük avtomobilinin yüklənmə və yükboşaltma yerlərinə düzgün verilməsi qaydalarına riayət edilməsi;
  • Yük avtomobilinin yanacaqla və lazımi ehtiyat hissələri ilə təmin edilməsinin tələb edilməsi;
  • Yük avtomobilini və qarajın təmiz saxlanılması;
  • Yük avtomobilinin saz vəziyyətdə qalmasının təmin edilməsi;
  • Yük avtomobili iş zamanı nasaz olduğu halda dərhal onun istismarının dayandırılması və birbaşa rəhbərinə məlumat verilməsi;
  • Hər iş günü işə başlanmazdan əvvəl tibbi müayinədən keçilməsi;
  • Danışıq və etika qaydalarına riayət edilməsi;

Namizədə tələblər:

  • Sürücülük vəsiqəsi (BC)
  • Kran sürmək üçün icazə lisenziyası
  • Minimum 3 il kran istifadə təcrübəsi
  • Yaşayış yeri Qaradağ rayonu olanlara üstünlük verilir
  • Rayonlara ezam olunmağa hazır

İş yerinin şərtləri:

  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı razılaşma əsasında
  • İş yeri: Qaradağ ray, Səngəçal qəs.
  • İş rejimi 5 günlük/saat (08:00-17:00)

Əlaqə üçün hr@aac.az ünvanına “Sürücü (Manipulyator)” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı