Sürücü – ekspeditor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC Sürücü-ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətə məxsus mal və materialların Bakıda yerləşən anbarlardan təhvil alınıb rayonlarda yerləşən təsərrüfat sahələrinə daşınmasını və təhvil verilməsini təmin etmək;
  • Məhsulların təhvil təslimi zamanı müvafiq sənədlərə əsasən nəzarət və yoxlamaq;
  • Məhsulların təhlükəsiz və səliqəli çatdırılması;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
  • Xəttə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətini yoxlayır və onu qəbul edir, qayıtdıqdan sonra təhvil verir və ayrılmış yerdə saxlayır;

Tələblər:

  • Sürücülük təcrübəsi- minimum 3 il;
  • Yaş həddi 25-40;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi və yük avtomobili idarə etmə təcrübəsi;
  • Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə;

Şəxsi keyfiyyətlər:

  • Düzgün danışıq qabiliyyəti və səliqəli olmalı;
  • Stressə davamlılıq, intizamlılıq, məsuliyyətli, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır;

İş şəraiti:- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş qrafiki: I-VI günlər, 09:00-17:00, şənbə günləri saat 09:00-12:00;

Həftədə 3-4 gün ezamiyyət, rayonlarda yerləşən təsərrüfat sahələrində ki, sifarişlərdən asılı olaraq;

Əmək haqqı: razılaşma yolu ilə.

Maraqlanan şəxslər öz CV formalarını “Sürücü ekspeditor” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı