Sürücü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ceylan MMC Sürücü vəzifəsi üzrə vakansiya elan edir. BC kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.

İş barədə məlumat:

  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
  • Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq
  • Şöbənin təqdim etdiyi sifarişə əsasən, məhsulun anbardan idarə etdiyi avtonəqliyyat vasitəsinə yığılmasına nəzarət etmək (Qaimələrə əsasən malın yoxlanılması)
  • Daha sonra sifarişləri ona ayrılmış zona üzrə satış nöqtələrinə çatdırılması
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək
  • iş saatı: 09:00-dan 18:00-dək
  • 1-5 günlər iş, şənbə və bazar istirahətdir

Namizədə tələblər:

  • Ciddi
  • Məsuliyyətli
  • Etik davranış qaydalarına riayət edən

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@ceylan.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Sürücü” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Qeyd: İşə qəbul zamanı sənəd olaraq xüsusi sürücülər üçün verilən 83 nömrəli Sağlamlıq haqqda arayış mütləqdir

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı