Sürücü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Badamlı Mineral Sular Sürücü vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən təmin olunur.

Namizədə tələblər:

  • BC kateqoriyalı sürücülük vəsiqəsi
  • İri qabaritli yük avtomobillərini idarə etmə bacarığı və təcrübəsi
  • Bakı şəhərinin müvafiq ərazilərini yaxşı tanımaq
  • Satış şirkətində ən az 2 il iş təcrübəsi, FMCG sahəsində işləyənlərə üstünlük veriləcək
  • Ünsiyyət qurma bacarığı, icraçılıq, komandada işləmə qabiliyyəti, operativlik və stresə davamlılıq

İş barədə məlumat:

  • Məhsulların satış nöqtələrinə vaxtında çatdırılması
  • Sifarişlərin qaimə üzrə müştəriyə təhvil verilməsi
  • Məhsulların yükləməsinin və boşaldılmasının təmin edilməsi
  • Geri qaytarmaların qaimə üzrə geri daşınması və anbara təhvil verilməsi
  • Təyin olunmuş rutun icrası, ondan kənarlaşmamaq, müvafiq problemlər haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq
  • Ehtiyac yarandığı zaman şirkətin digər məhsullarının verilmiş rut üzrə daşınması
  • Maliyyə axının və kassa üzləşməsinin şirkətdaxili prosedura uyğun həyata keçirilməsində bilavasitə iştirak
  • Ona təhkim olunmuş avtomobil və digər şirkət əmlakının doğru istismarına məhsuliyyət, ortaya çıxan və çıxa biləcək problemlər haqqında vaxtında rəhbərliyini məlumatlandırmaq
  • Şirkətdaxili müvafiq sənəd dövriyyəsinin qaydalara uyğun aparılmasına cavabdehlik
  • Texniki problemlər haqqında rəhbərliyi və texniki bölməni vaxtında məlumatlandırmaq
  • Şirkətin daxili nizam-intizam qaydalarına və işgüzar xarici görkəm standartlarına riayət etmək
  • 6 günlük iş rejimi
  • Karyera prespektivi
  • Əmək haqqı: vəzifə maaşı + bonus
  • Nahar yeməyi şirkət tərəfindən təmin olunur

Tələblərə uyğun namizədlərdən CV-lərini “Sürücü” başlığı altında karyera@badamli.az  e-ünvanına göndərmələri  xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı