Sürücü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AEM ELEKTRON şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübə;
  • Yaş həddi 27-40;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Bakı şəhərində əraziləri tanıma – yaxşı səviyyədə;
  • Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə;
  • Stresə davamlılıq, intizamlılıq, vicdanlı, məsuliyyətli, dürüstlük;

Vəzifə və öhdəliklər:

  • Şirkət tərəfindən təmin olunmuş avtomobilin düzgün idarə olunmasını, daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək;
  • Lazım gələrsə məhsulların yüklənməsinə və boşaldılmasına kömək etmək;
  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların maşına qaimə əsasında yüklənməsi və satış nöqtələrinə, müştərilərə vaxtında çatdırılmaq;
  • Ofisdən təqdim olunan sənədlərin ünvanlara çatdırmaq;
  • Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İdarə etdiyi avtomobilin sazlığı və nasazlığı barədə birbaşa rəhbərə məlumat vermək;
  • Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq;
  • Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək.

Biz Sizə nə təklif edirik:

  • Peşəkar, mehriban komandada iş;
  • Professional və maddi artım üçün perspektiv;
  • Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
  • Nahar təminatı;
  • Əmək haqqı 500-600
  • 6 günlük iş rejimi Əmək Məcəlləsinə uyğun olaraq;

Uyğun namizədlərdən öz CV formalarını göndərməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı