Sürücü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

European Azerbaijan School Sürücü vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq cədvəl üzrə işləmək bacarığı olmalıdır.

Tabeçiliyi: Nəqliyyat üzrə koordinator

Tələblər:

  • Sürücüluk vəsiqəsi (B, C, D kateqoriya)
  • Avtobus sürücülük sahəsində minimum 5 il təcrübə;
  • Müvafiq cədvəl üzrə işləmək bacarığı;
  • Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
  • Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı;
  • Azərbaycan dilində yüksək səviyyədə, rus dilində yaxşı və ingilis dilində orta səviyyədə danışmaq bacarığı.
  • Yaş həddi 30-55

Vəzifə öhdəlikləri:

  • Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək.

Ərizələrin qəbul qaydası:

Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni elektron poçt ünvanına göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı