Qısa məzmun
Universal PRO şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Şirkətə məxsus yük maşınlarının idarə olunması;
- Yükün vaxtında və təhlükəsiz şəkildə lazımi məntəqəyə çatdırılması;
- Avtomobillərin yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurulması;
- Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
- Avtomobillərin yükləmə zamanı yüklərin yüklənib-boşaldılmasına köməklik etmək, yükün yerləşdirilib kuzovda (bortda) bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
- Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqların həyata keçirilməsi.
Namizədlərdən tələblər:
- Sürücülük vəsiqəsi “BC” kateqoriyalı
- Sürücü kimi (yük avtomobili) ən azı 2 il iş təcrübəsi
- Hərbi xidməti bitirmiş olsun
- Ünsiyyət qurma və sadə riyazi hesablama qabiliyyəti
- Stress altında işləmə qabiliyyəti və səhhəti ilə heç bir problemi olmamalı
- Bakı şəhərini yaxşı tanımalı və ezamiyyətlərə getmək imkanının olması
İş şəraiti:
- 6 günlük iş qrafiki, həftə içi 09:00 – 18:00, Şənbə günü 09:00-13:00
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “ Sürücü” yazıb e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...