Supervayzer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+Co ASC şirkəti Supervayzer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə tələbləri:

  • Yalnız QADIN namizədlər;
  • Göstərilən vəzifə üzrə ən azı 3 il iş təcrübəsi
  • Təşəbbüskarlıq, idarəetmə və sərbəst qərar vermə bacarığı;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Şəxsi avtomobilin olması; (yanacaq xərcləri şirkət tərəfindən ödənilir)

Vəzifə Öhdəlikləri:

  • Merçendayzerlərdən ibarət komandaya rəhbərlik etmək; Merçandayzerlərin gündəlik və aylıq iş planlarını hazırlamaq və işlərini tənzimləmək, onların iş fəaliyyətinə köməklik etmək;
  • Şirkətin məhsullarının satış görünüşünə nəzarət etmək;
  • Şirkətin məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsinə, məhsulun satışa hazırlamasına və realizə edilməsinə nəzarət etmək,
  • Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü, əlavə açılış sahələri yaradaraq məhsulların satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmağı təmin etmək;
  • Satış nöqtələrində hərəkət istiqamətinə görə rəf başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünün təmin olunmasına nəzarət etmək, məhsul qruplarının hamısının birlikdə açılışına və düzülüşünə nəzarət etmək;
  • Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq bazarda mövcud ümumi firma aksiyaları barədə məlumatlar toplamaq, bazarda yeni məhsullar haqqında daim məlumat əldə etmək, rəf payı və penatrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksikliklər barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etməklə satış heyətinə dəstək olmaq və ehtiyac duyulduqda yerindəcə sifarişi qəbul etmək;
  • Şirkətin keyfiyyət siyasətini bütün satış nöqtələrində izah etmək, reklam materiallarını və tanıtım vasitələrini faydalı şəkildə istifadə etmək, qiymət kağızlarını, posterləri istehlakçıların rahat görə biləcəyi yerə yapışdırılmasına nəzarət etmək
  • Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək;
  • Daim Şirkətin mənafeyini və imicini qorumaq;
  • Birbaşa rəhbərinə mütəmadi olaraq aidiyyatı hesabatlar hazırlayaraq təqdim etmək.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri ;
  • 6 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Supervayzer” yazaraq göndərməniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

02.04.2024 - Bakı