Qısa məzmun
AzerGold CJSC Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://careers.azergold.az/vakansiya/aparici-mutexessis-strateji-planlasdirma-ve-layihelerin-idareolunmasi-sobesi-ixracat-strateji-tehlil-ve-planlasdirma-sektoru
Əsas vəzifə və öhdəliklər:
- Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq aidiyyatı üzrə təqdim etmək;
- Şirkətin strateji biznes planlaşdırılması prosesində iştirak etmək;
- Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izlənmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
- Sahə üzrə strateji araşdırmaların aparılmasının təmin edilməsində iştirak etmək;
- Sahənin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılması, tərəfdaşların tapılmasının təmin edilməsində iştirak etmək;
- Qiymətli və nəcib metalların dünya bazarındakı qiymətinin və digər önəmli xəbərlərin təhlil edilməsində iştirak etmək;
- Şirkətin fəaliyyətinin iqtisadi səmərəliliyinin təhlil edilməsi və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsində iştirak etmək;
- Cəmiyyətin qısa, orta və uzunmüddətli məqsədlərinin planlaşdırılmasında və bu məqsədlərə çatmaq üçün görüləcək işlərin təhlil edilməsində iştirak etmək;
- Xarici şirkətlərlə biznes əməkdaşlıqlarının qurulmasında və inkişafında iştirak etmək;
- Aidiyyatı üzrə yeni investisiya layihələri üzrə aparılacaq təhlillərdə iştirak etmək;
- Yeni biznes imkanlarına dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək;
- Yataqların istismarı istiqamətində dünya praktikası və mövcud vəziyyəti nəzərə alaraq alternativ biznes modellərinin dəyərləndirilməsində və müvafiq təkliflərin verilməsində iştirak etmək;
- Aidiyyatı üzrə layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
- Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və digər proqramlar
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...