Qısa məzmun
Xalq Bank Maliyyə İdarəsinin Strateji Planlama şöbəsinin mütəxəssisi/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Bazar xüsusiyyətlərini və trendləri (bazar seqmentləri, artım templəri, inkişaf istiqamətləri, rəqabət üstünlüyü və s.) təhlil etmək, bankın strateji inkişaf istiqamətini və tövsiyyələrini formalaşdırmaq,
- Bankın strategiyasından irəli gələn strateji təşəbbüsləri müəyyən etmək, strateji planı hazırlamaq və rəhbərliyə təqdim etmək,
- Bankda Strateji təşəbbüslərinin icra səmərəliliyinin artırılması və icra zamanı müəyyən edilən maneələrin, çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görmək,
- Bankın strategiyasından irəli gələn Strateji hədəfləri mütəmadi olaraq təhlil etmək, onların yenilənməsi ilə bağlı təkliflər hazırlamaq,
- Strateji hədəfləri Bankın müvafiq strukturlarının əsas fəaliyyət göstəriciləri (“KPI”) ilə əlaqələndirmək və zəruri təhlillər aparmaq,
- Strateji təşəbbüslərin icrasının monitorinqini və qiymətləndirilməsini aparmaq,
- Şöbənin fəaliyyətinin nəticələri barədə müvafiq hesabatlar və təqdimatlar hazırlamaq.
Tələblər
- Biznesin İdarə Edilməsi/İqtisadiyyat/Maliyyə üzrə magistr təhsili;
- Strateji planlama sahəsində və ya Bankın əlaqəli struktur bölmələrində iş təcrübəsi;
- Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə Power Point və MS Excel);
- İdarəetmə, iqtisadi və maliyyə sahəsində bilik və bacarıqlar;
- Xarici dil biliyi (xüsusilə İngilis dili) – orta səviyyədə;
- Strateji və analitik düşünmə;
- Komunikasiya və təqdimat bacarıqları;
- Komanda ilə işləmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...