Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Layihələrin portfelə daxil olunması üçün biznes keysləri araşdırıb rəhbərlik ilə razılaşdırmaq;
- Layihələr üzrə prioritetləri təyin edib icra vaxtlarını təyin etmək;
- Layihələrdə müşahidə olan dəyişikliləri rəsmiləşdirmək;
- Kurasıyada olan sahələr üzrə yüklülük dərəcəsini təhlil edir və müvafiq dəyişiklikləri həyata keçirmək;
- Layihə Portfeli üzrə dəyişikliklərin reyestri və sənəd arxivi aparmaq;
- Layihə portfeli üzrə büdcə və xərclərinə nəzarət etmək;
- Layihə ilə bağlı müvafiq məlumatları dəqiq və effektiv şəkildə layihə icraçılarına kommunikasiya etmək.
- Scrum master öhdəliklərini yerinə yetirmək
- Agile layihələrdə komandaların effektiv, şəffaf, yüksək ünsiyyət qabiliyyətli olmasının təşkili
Tələblər:
- Layihələrin idarəedilməsi metodologiyalarına aid biliklər (həm Waterfall həmdə Agile/Scrum);
- Dil bilikləri: azərbaycan dili (rus və ingilis dili arzuolunandır)
- Layihə sənədləşməsini aparmaq bacarığı;
- İnsanlarla yüksək ünsiyyət bacarığı;
- Layihələrdə menecer və ya koordinator vəzifəsində iş təcrübəsi (2 ildən çox);
- Agile layihələrdə iş təcrübəsi
- İT layihələrdə iştirak təcrübəsi,
- Bank təcrübəsi arzuolunandır
- Layihələrin idarəedilməsinə aid sertifikatların olması arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində “Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...