Qısa məzmun
Ə/h 400-500 AZN. MilliKart LLC Strateji inkişaf və marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Yeni ödəniş metodlarının tətbiqi və fəaliyyətinin idarə edilməsi prosesində iştirak edilməsi;
- Təşkilatın cari ödəniş proseslərinə dair öz təkliflərini və töhfəsini verərək, ödəniş strategiyalarını müəyyən edilməsi;
- Ödəniş təchizatçısı ilə əməkdaşlıq əlaqələrini qurulması və idarə edilməsi;
- Prosesin idarə edilməsi planının işlənib hazırlanması, tapşırıqlar arasında prioritetlərin düzgün müəyyənləşdirilməsi qabiliyyəti və tapşırıqların, bütünlükdə layihənin yerinə yetirilməsi gedişatı ilə bağlı hesabatların təqdim edilməsi;
- Texniki və təşkilati məsələlərlə bağlı partnyor təşkilatların nümayəndələri ilə əməkdaşlığın yaradılması;
- Bazar trendlərinin araşdırılması, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən edilməsi və onların təkmilləşdirilməsinə müvafiq təkliflərin verilməsi;
- Təşkilatın sosial media strategiyasını inkişaf etdirilməsi;
- Təşkilatın internet səhifəsinin və sosial şəbəkə hesablarının idarəedilməsi, eləcə də kontentlərin hazırlanması;
Tələblər:
- Ödəniş kartları və ödəniş xidmətləri barədə biliyə malik olması;
- Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı;
- Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı;
- Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı;
- Güclü kritik düşünmə və biznesə maraq;
- Mükəmməl yazılı və şifahi ünsiyyət qurma və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərinin biliyi;
- MS Office (Excel, PowerPoint, Word) və qrafik dizayn proqramlarının yüksək səviyyədə biliyi.
İş haqqında məlumat:
- 5 bünlük iş qrafiki( şənbə-bazar, bayram və qeyri iş günləri istirahət);
- iş qrafiki saat 09:00 – 18:00
- əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq 400-500 AZN aralığında təyin ediləcək;
- müraciət üçün hr@millikart.az emailinə “Strateji inkişaf və marketinq üzrə mütəxəssis” başlığı ilə CV göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...