Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Strategiya və biznesin inkişafı üzrə baş/aparıcı mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və ya təhlil edilməsində aktiv iştirak etmək;
  • Maliyyə mənbələrinin axtarılması, qiymətləndirilməsi və təkliflərin hazırlanması;
  • Maliyyə modellərinin hazırlanması və təhlili;
  • Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
  • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
  • Cəmiyyətin investisiya fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin vrilməsində iştirak etmək. Müxtəlif ssenarilər üzrə təhlillər aparılması;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar. Exceldə mürəkkəb funksiyalarla işləmək bacarığı
  • Maliyyə hesabatlarının müxtəlif növ təhlili qaydalarını, eləcə də investisiyaların rentabelliyinin qiymətləndirilməsi üsullarını bilmək (NPV, IRR, PBP və s.)
  • Maliyyə bazarları və fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi biliklər.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
  • Maliyyə sahəsində müxtəlif kvalifikasiyalara malik olmaq arzu olunandır; Xüsusilə də CFA sahəsində Level 1 mərhələsi və ya ACCA kvalifikasiyasında F2, F5, F7 və F9 imtahanlarını keçmək üstünlükdür.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Strategiya və biznesin inkişafı üzrə baş/aparıcı mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə